WWW.TELEFONQIYMETLERI.AZ - Elan yerləşdir
  • 251

vivo T4R rəsmi olaraq təqdim edilir

vivo son günlərdə T4R modeli ilə bağlı paylaşmalar edirdi və nəhayət 31 iyul tarixində, günorta saatlarında bu modeli Hindistanda təqdim edəcəyini rəsmi olaraq açıqlayıb.

Təqdimatdan əvvəl vivo T4R modelinin iki fərqli rəngdə satışa çıxacağı, eyni zamanda gücünü Dimensity 7400 prosessorundan alacağı da təsdiqlənib. Əlavə olaraq, bu modeldə 50MP əsas kamera (Sony IMX882 sensoru) və 4K ön kamera yer alacaq.

vivo T4R yalnız güclü texniki xüsusiyyətləri ilə deyil, həm də nazik dizaynı ilə diqqət çəkir – cihazın qalınlığı cəmi 7.3 mm olacaq. Bundan başqa, smartfon IP68 və IP69 standartlarına cavab verəcək, yəni suya və toza qarşı yüksək dayanıqlılığa sahib olacaq. Dörd tərəfdən əyilmiş ekran (quad-curved display) da bu cihazın premium hissiyatını artırır.

Bütün bu göstəricilər vivo T4R modelinin, bu gün Hindistanda 19,499 rupidən ($225/€190) təqdim edilən iQOO Z10R modelinin bir versiyası olduğunu göstərir. iQOO Z10R haqqında daha ətraflı məlumat almaq istəyənlər üçün xəbərin linkini təqdim edirik.